“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

Güclü, qüdrətli dövlət olan müasir Azərbaycanı İsrail ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib. Bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

“Azİz” Assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

Bu əlamətdar gündə Azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram. Qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarınız ölkənizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar!

Dərin hörmətlə,

 

Adam Amilov

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə