Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və onun xalqına davamlı uğurlar, rifah və harmoniya arzulayıram.

Bu il Litva ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz ölkələrimizi birləşdirən dostluq əlaqələri ilə qürur duyuruq. Ümid edirəm ki, dialoqumuzu xüsusən də iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, eləcə də qarşılıqlı anlaşmaya əsaslanan konstruktiv təmaslar vasitəsilə dərinləşdirməkdə davam edəcəyik.

Litva Azərbaycanın müstəqilliyini və suverenliyini ardıcıl surətdə dəstəkləyir. Biz Azərbaycanın Ermənistanla sülhə nail olmaq səylərini dəstəkləyirik və sülh müqaviləsinin mətninin razılaşdırılmasını alqışlayırıq. İnanırıq ki, bu müqavilə tezliklə imzalanacaq və regionda davamlı sülhə zəmin yaradacaq.

Ölkələrimizi hələ də ədalət axtarışında olanlara, azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq məcburiyyətində qalanlara dəstək olmaq üçün ilham və güc mənbəyinə çevrilmiş kədərli tarixi keçmiş birləşdirir. İnanıram ki, Rusiyanın Ukraynada apardığı şiddətli müharibə şəraitində biz qaydalara əsaslanan dünya nizamını müdafiə etməkdə vahid və qətiyyətli olacağıq.

Cənab Prezident, Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm.

Xahiş edirəm, ən xoş arzularımı və dərin hörmətimi qəbul edin.

 

Gitanas Nauseda

Litva Respublikasının Prezidenti

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə