İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İndoneziya bu mühüm tarixi Azərbaycanla birgə qeyd edir və ölkənizin inkişafla bağlı əldə etdiyi nailiyyətləri, həmçinin regional və beynəlxalq sülhə töhfələrini yüksək qiymətləndirir.

İndoneziya və Azərbaycan qarşılıqlı hörmət, ortaq dəyərlər və konstruktiv dialoqa sadiqlik əsasında qurulan səmimi və inkişaf edən tərəfdaşlığa malikdir. Müxtəlif mədəni irslər və ümumi istəklərlə zənginləşən ölkələr kimi bir sıra sahələr üzrə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün böyük potensial mövcuddur. Əminəm ki, ölkələrimiz arasında dostluq və həmrəylik gələcək illərdə də inkişaf edəcəkdir.

Sizə uğurlar və rifah, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

 

Gibran Rakabuminq Raka

İndoneziya Respublikasının vitse-prezidenti

Baxış sayı: 3 513

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə