Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik
Çox hörmətli Mehriban Arif qızı.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə öz dərin ehtiramımı bildirir və səmimi təbriklərimi çatdırıram.
Bu bayram Azərbaycanın öz Vətənini sevən, tarixinə və ənənələrinə sadiq qalan, daha xoşbəxt gələcək naminə çalışan bütün sakinlərini birləşdirir.
Ölkənizin həyatının bu əlamətdar günündə Sizə və Azərbaycan Respublikasının bütün xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və tərəqqi, daha firavan həyat naminə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə verdiyiniz dəstəyi yüksək qiymələndiririk. Qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərimizin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.
Dərin hörmətlə,
İqor Babuşkin
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru