Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi təbrik edirəm.

Allah bütün dualarınızı qəbul etsin, evinizdə həmişə sevinc və hüzur hökm sürsün.

Sizə və doğmalarınıza cansağlığı və xoşbəxtlik, ölkənizə firavanlıq, əmin-amanlıq, zəmanəmizin böyük dövlət rəhbəri və görkəmli siyasi xadimi kimi bütün gücünüzü daha parlaq gələcəyinə sərf etdiyiniz xalqınıza rifah arzulayıram.

Çox hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək görkəmli ananız Zərifə xanımın adını daşıyan liseyimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkürümü bildirim. Xeyirxahlığınıza, xoş münasibətinizə görə ömrümün sonuna qədər Sizə dua edəcəyəm.

Dərin hörmət və ən xoş arzularla,

 


Valentina Antonenko

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına

humanitar “Linqvist” liseyinin direktoru,

Ukraynanın Əməkdar müəllimi, Azərbaycanın “Dostluq” ordeni laureatı

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə