Səhiyyə Nazirliyi: Aşura günündə 2 min 696 nəfərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub

Bakı, 5 iyul, ARHD.AZ




Səhiyyə Nazirliyi: Aşura günündə 2 min 696 nəfərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub


Azərbaycanda Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası yekunlaşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, Aşura günündə ümumilikdə 2 min 696 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Qeyd edək ki, aksiya qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxil edilib.

Baxış sayı: 3 237

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə