Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb

London, 27 fevral, ARHD.AZ


Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb


Böyük Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmen Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüb.

ARHD.AZ Britaniya Parlamentinə istinadla xəbər verir ki, sənəddə 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin, Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə, Xocalıda törətdiyi vəhşiliklər xatırladılıb, 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlının olduğu vurğulanıb. Xocalı faciəsi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır bir cinayət kimi qiymətləndirilib.

Baxış sayı: 6 338

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə