Avropanın müdafiə sənayesi şirkətlərinin səhmləri ucuzlaşıb

Berlin, 19 avqust, ARHD.AZ




Avropanın müdafiə sənayesi şirkətlərinin səhmləri ucuzlaşıb


Avropanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərinin səhmləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonda keçirilən görüşdən sonra ucuzlaşmağa başlayıb.

ARHD.AZ “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, buna səbəb həmin görüşdən sonra bir çox investorun müharibənin başa çatacağına dair gözləntilərlə əlaqədar səhm və istiqrazlarını satmaq barədə qərar qəbul etməsidir.

Məlumata görə, Almaniyanın nəhəng silah istehsalçısı “Rheinmetall” DAX indeksində ən çox dəyər itirən şirkət olub. Onun səhmləri 4,2 faiz ucuzlaşıb. MDAX indeksində isə tank ötürücü sistemlər istehsalçısı “Renk” və hərbi texnologiya təchizatçısı “Hensoldt”un hər birinin səhmləri 5 faizdən çox ucuzlaşıb. Fransanın “Thales” şirkəti 3, İsveçin SAAB konserni isə 4 faizdən çox dəyər itirib.

Baxış sayı: 6 563

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə