Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi

Bakı, 8 iyul, ARHD.AZ



Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi


Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli Sərəncamının icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.

ARHD.AZ xəbər verir ki, yeni Qaydalar, Azərbaycan ərazisində yerli və xarici istehsalçılar tərəfindən kinematoqrafiya əsərləri və digər audiovizual məhsulların istehsalının təşviqinə, sahəyə investisiya cəlbediciliyinin artırılmasına və kino sənayesinin davamlı inkişafına yönəlib.

Qaydaların əsas məqsədləri Azərbaycanda istehsal olunan filmlər üzrə çəkilmiş xərclərin müəyyən hissəsinin geri qaytarılması mexanizmini tənzimləmək, xarici prodüserlərin ölkəmizdə film istehsalına marağını artırmaq və beynəlxalq əməkdaşlıqları stimullaşdırmaq, kinematoqrafiya sahəsində şəffaf, səmərəli və əlçatan dəstək mexanizmi formalaşdırmaq, yerli istehsalçıların rəqabətqabiliyyətini və texniki potensialını gücləndirməkdən ibarətdir.

Qaydalara əsasən, geri ödəniş yalnız müəyyən edilmiş meyarlara uyğun gələn və auditdən keçmiş layihələrə şamil ediləcək. Mexanizm şəffaflıq, effektivlik və beynəlxalq təcrübəyə uyğunluq prinsipləri əsasında həyata keçiriləcək.

Bu təşəbbüs Azərbaycanın kino sənayesinə dövlət dəstəyinin institusional əsasda qurulmasına və ölkəmizin regional audiovizual mərkəzə çevrilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı, Azərbaycanın təbii çəkiliş məkanlarının dünyaya təqdim olunması üçün də nadir bir imkandır.

Baxış sayı: 6 795

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə