Bakı, 17 iyun, ARHD.AZ





Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 17-də Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

ARHD.AZ xəbər verir ki, Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətinin beynəlxalq miqyasda təbliği və qorunması məqsədilə təşkil edilən festivalın açılışı “Bayatı” konsert-tamaşası ilə reallaşıb.

Festivalda 25-dən çox ölkəni təmsil edən 50-dən artıq ifaçı, muğam tədqiqatçısı və qonaq iştirak edir.

Müxtəlif ölkələrdən dəvət olunmuş ifaçılar və muğam ustadları festival günlərində səhnəyə çıxaraq tamaşaçılara muğam sənətinin ecazkar dünyasını yaşadacaqlar.

Qeyd edək ki, iyunun 17-dən 22-dək keçiriləcək “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Ağdamda təşkil olunacaq.

Baxış sayı: 6 538

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə