Astana, 21 may, ARHD.AZ


Paytaxt Astanada Qazaxıstanın bütün bölgələrindən muzey, teatr, kitabxana, mədəniyyət və istirahət təşkilatlarının 700-ə yaxın əməkdaşının iştirak etdiyi Mədəniyyət İşçiləri Forumu davam edir.

ARHD.AZ Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, muzey eksponatlarının konservasiyası və bərpası məsələlərinə həsr olunmuş panel iclasında alimlər, tarixçilər və arxeoloqlar iştirak ediblər. Çıxış edənlər Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərdir.

K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrının bazasında teatr sənəti və konsert fəaliyyəti ilə bağlı bir neçə seminar keçirilib.

Paralel olaraq, kitabxana-informasiya sahəsində AI texnologiyalarının tətbiqi, sənədlərin elektron formata çevrilməsi və arxiv yığımı proseslərinin avtomatlaşdırılması ilə bağlı seminarlar keçirilib.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə