Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur

Astana, 15 may, ARHD.AZ


Qazaxıstanın Türküstan şəhərində “Zamanlar və mədəniyyətlər dialoqunda Yasəvi irsi: humanist istiqamətlər və müasir çağırışlar” mövzusunda beynəlxalq simpozium keçirilir.

ARHD.AZ Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikigünlük konfransda Qazaxıstan, Azərbaycan, Almaniya, İran, İtaliya, Qırğızıstan, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Yaponiyadan 100-ə yaxın alim iştirak edir.

Simpoziumun proqramına elmi məruzələr, müzakirələr və Yasəvi irsinin müxtəlif aspektlərini əhatə edən üç mövzu üzrə təcrübə mübadiləsi daxildir.

Xoca Əhməd Yasəvi (1093–1166) mütəfəkkir, şair və dini təbliğatçı, türk sufi təriqətinin banisi hesab olunur.

Baxış sayı: 3 507

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə