Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri Ədəbiyyat Muzeyinin qonağı olub

Bakı, 21 aprel, ARHD.AZ



Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri, uşaq yazarı Əhməd Təbəəci Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Ədəbiyyat Muzeyindən ARHD.AZ-a bildirilib ki, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova Əhməd Təbəəciyə ekspozisiya barədə ətraflı məlumat verib.

Yazıçı Şamaxıdakı Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn Xanəgahı kompleksi və Qarabağ xanı Pənahəli xanın köynəyi üzərindəki yazıların ərəb İslam mədəniyyətini ehtiva etdiyini, eyni zamanda, tarixin silinməz parçası olduğunu söyləyib.

Əhməd Təbəəci Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərə göstərdiyi qayğını, diqqəti, həmçinin ədiblərin adına verilən küçə və metroları, ucaldılan heykəlləri yüksək dəyərləndirib. O, Şərq operasının təməlinin ilk dəfə Azərbaycanda qoyulduğunu da bu səfərində öyrəndiyini qeyd edib. Əhməd Təbəəci Azərbaycan xalqının keçmişini və bu gününü təbliğ edən Ədəbiyyat Muzeyini ziyarət etməkdən məmnunluğunu bildirib.

Sonda qonağa xatirə olaraq “Məhsəti Gəncəvi. Portret-oçerk” kitabı (ərəb dilində) təqdim edilib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə