Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb

Bakı, 18 aprel, ARHD.AZ



Azərbaycan Milli Kitabxanası Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim, bütün Türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münsibətilə metodik vəsait hazırlayıb.

Kitabxanadan ARHD.AZ-a bildirilib ki, vəsaitdə Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həyat və fəaliyyəti ilə bağlı məlumat, ədibin irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr yer alıb.

Həmçinin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Bəxtiyar Vahabzadə adına” təqaüdün təsis edilməsi haqqında Azərbayca Respublikasının Nazirlər Kabinetinin qərarı, ədibin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin ədib haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı istifadəçilərin diqqətinə çatdırılıb.

Metodik vəsaitlə bu linkdən - https://www.anl.az/down/bextiyar_vahabzade.metodik.pdf tanış olmaq mümkündür.

 

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə