Bakı, 5 aprel, ARHD.AZ




AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib


Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə səhər saatlarından başlayan “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü başa çatıb.

ARHD.AZ xəbər verir ki, Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Çətin keçilən yolları əhatə edən yürüş adrenalin dolu anlarla yadda qalıb.

AAF avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, mütəmadi olaraq “Offroad” sahəsini də diqqətdə saxlayır, yolsuzluq avtomobilləri üzrə müxtəlif yürüş və yarışlara dəstək göstərir.

Yolsuzluq avtomobillərinin qatıldığı yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Yürüşdə Azərbaycan Avtomobil Federasiyasının üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edib.

Baxış sayı: 6 578

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə