Tovuzda 64 yaşlı kişi sevgilisinin 14 yaşlı qızına təcavüz edib.
ARHD.AZ -ın məlumatına görə, 1962-ci il təvəllüdlü Kavi Ələsgərov rayon ərazisindəki qəsəbələrdən birində yaşayan boşanmış qadınla gizli münasibət qurub, onunla sevgili olub. Bir müddət sonra o, xanımın intim videolarını çəkərək, onu hədələməyə başlayıb. Nəticədə qadın ondan ayrılaraq başqa rayona köçüb. Amma qadının birinci - rəsmi həyat yoldaşından olan 14 yaşlı qızı həmin qəsəbədə, nənəsinin himayəsində qalıb.
Bundan sonra sevgilisi ilə əlaqə saxlaya bilməyən Kavi onun azyaşlı qızı ilə münasibət qurmaq qərarı verib və bu məqsədlə onun arxasınca orta məktəbə gedib. Orta məktəbin 8-ci sinfində oxuyan qız dərsdən çıxarkən Kavi ona yaxınlaşaraq, 8 manat pul verib.
Bir müddətdən sonra Kavi qıza intim münasibət təklif edib, amma yeniyetmə onun bu təklifi ilə razılaşmayıb. Bu zaman Kavi qızdan ona verdiyi pulu qaytarmasını tələb edib, əks təqdirdə onun anasını və qardaşını öldürəcəyini bildirib. Məktəbli pulu qaytara bilmədiyi üçün Kavi onu hədələməyə başlayıb. O, qıza intim münasibətdə olmayacağı təqdirdə anasının videolarını yayacağını da bildirib. Çarəsiz qalan 8-ci sinif şagirdi 64 yaşlı kişi ilə seksual xarakterli hərəkətlərə razılaşıb. Bundan sonra Kavi bir neçə dəfə müxtəlif ərazilərdə ona qarşı seksual hərəkətlər edib, intim münasibətdə olub.
Növbəti dəfə Kavi şəxsi avtomobili ilə azyaşlı qızı məktəbdən götürüb, Qovlar qəsəbəsi ərazisində "Güllük" deyilən yerə aparıb. O, həmin ərazidə avtomobili saxlayaraq, qıza qarşı növbəti dəfə seksual hərəkətlər edərkən Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb və Kavi Ələsgərov məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Ələsgərov 6 il azadlıqdan məhrum edilib.
























