“Bizim Müstəqillik Bəyannaməmiz müstəqillik deyil, münaqişə bəyannaməsidir”.


“ARHD.AZ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinq zamanı söyləyib.


“Bu, Müstəqillik Bəyannaməsi deyil, münaqişə bəyannaməsidir və son nəticədə - asılılıq bəyannaməsidir”, - Paşinyan deyib.


Baş nazir region ölkələrini bir mərtəbədəki mənzillərlə müqayisə edərək bəyannamənin Ermənistanın qonşularına qarşı təhdidlər ehtiva etdiyini bildirib. Onun sözlərinə görə, bu şəraitdə ölkə yalnız xarici dəstək hesabına mövcud ola bilər:


“Xarici yardım gözləntisi isə bu yardımın gözlənildiyi ölkədən asılılığın artmasına səbəb olur. Beləliklə, bizim Müstəqillik Bəyannaməmiz - münaqişə və asılılıq bəyannaməsidir”.

Baxış sayı: 2 788

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə