Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə ekstradisiya edilib.


ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.


Məlumata görə, qırmızı bülletenlə və beynəlxalq səviyyədə axtarışda olan 41 nəfər xarici ölkələrdə ələ keçirilərək Türkiyəyə aparılıb.


Qeyd olunur ki, axtarışda olan şəxslərdən biri Azərbaycanda saxlanılıb.


Bundan başqa Gürcüstan (27 nəfər), Bolqarıstan (5), Almaniya (2), Albaniya, Belçika, İraq, Böyük Britaniya, Monteneqro və Sloveniyada yaxalanan Türkiyə vətəndaşları ölkələrinə ekstradisiya edilib.


Qeyd olunur ki, saxlanılan şəxslər xarici ölkələrə qaçaraq, ədalət mühakiməsindən yayınmağa çalışıblar.


"Müvafiq ölkələrin təhlükəsizlik qüvvələri ilə səmərəli əməkdaşlıq sayəsində ekstradisiyalar uğurla həyata keçirilib", - deyə xəbərdə bildirilib.

Baxış sayı: 2 657

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə