Azərbaycan BƏƏ-nin beynəlxalq axtarışa verdiyi Qazaxıstan vətəndaşını təhvil verib

Bakı, 23 iyul, ARHD.AZ




Azərbaycan BƏƏ-nin beynəlxalq axtarışa verdiyi Qazaxıstan vətəndaşını təhvil verib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək, Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə ARHD.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən BƏƏ-nin səlahiyyətli orqanlarının ekstradisiyaya dair vəsatəti həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında müdafiə edilib.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qüvvədə olan ekstradisiya haqqında müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına uyğun olaraq, Zhanbolat Serikov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə adıçəkilən ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

Baxış sayı: 7 886

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə