"Mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib".


ARHD.AZ xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumun ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.


O bildirib ki, hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür:


"Dövlət proqram idarəetməsi üzrə Mərkəz tərəfindən vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib, indikator əsaslı planlaşdırma üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib".


Həmçinin Vüsal Qasımlı bildirib ki, İİTKM dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə "Layihə idarəetməsi" modulu yaradıb.


Direktor vurğulayıb ki, modul vasitəsilə təxminən 1 500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib ki, bu da risklərin vaxtında müəyyənləşdirilməsinə və qərarvermənin keyfiyyətinin yüksəldilməsinə imkan verir:


"Dövlət proqram idarəetməsində tətbiq etdiyi yeniliklərlə İİTKM Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Asiya regionunda fəaliyyət göstərən nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalq mükafata layiq görülüb".

Baxış sayı: 2 091

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə