Bakı, 30 sentyabr, ARHD.AZ



Energetika Nazirliyində “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı iclas keçirilib


“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt işçi qrupun III iclası keçirilib.

ARHD.AZ nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazir Pərviz Şahbazovun rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasda strategiya layihəsinin “yaşıl enerji məkanı” məqsədi üzrə hazırlanmış “Tədbirlər Planı” müzakirə edilib.

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetinə uyğun olaraq müəyyənləşdirilmiş 7 istiqamət üzrə 46 tədbir təklifləri və həmçinin enerji sektorunun inkişafı üzrə hədəf indikatorları barədə məlumatlar verilib. Bu tədbirlərin icra perspektivləri və maliyyələşmə imkanları nəzərdən keçirilib. “Tədbirlər Planı”nın müzakirəsinin davam etdirilməsi, maliyyə tələbatının əsaslandırılması və ekspertizası ilə bağlı işlərin tezliklə başa çatdırılması və yekun variantın alt işçi qrupunun oktyabr ayında keçiriləcək növbəti iclasına qədər təqdim olunması qərara alınıb.

Baxış sayı: 5 690

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə