Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranziti bərpa edilib

Bakı, 17 sentyabr, ARHD.AZ





Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranziti bərpa edilib


Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

ARHD.AZ şirkətin rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib ki, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır.

Xatırladaq ki, bu ilin avqust ayında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan istiqamətində nəql dayandırılmışdı.

Bu ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın KMG şirkəti arasında neftinin tranziti barədə saziş 2022-ci ildə imzalanıb. 2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə