Aleksandar Vuçiç: Dövlət orqanlarında dəyişikliklər olacaq, davranış taktikasını dəyişəcəyik

Belqrad, 21 avqust, ARHD.AZ





Aleksandar Vuçiç: Dövlət orqanlarında dəyişikliklər olacaq, davranış taktikasını dəyişəcəyik


“Tezliklə dövlət orqanlarında dəyişikliklər olacaq və biz davranış taktikasını dəyişəcəyik”.

ARHD.AZ xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Biz fərqli şəkildə müəyyən tədbirlər görməyə başlayacağıq. Davranışda, dövlət orqanlarına aid müxtəlif məsələlərdə taktika dəyişikliyini görəcəksiniz. Həmçinin, sentyabrın 1-dən etibarən vətəndaşlara dəstək üçün yeni tədbirlər açıqlanacaq”, - deyə Serbiya Prezidenti qeyd edib.

Ölkədəki nümayişlər barədə danışan Aleksandar Vuçiç bildirib ki, indiyədək paytaxt Belqradda, eləcə də ölkənin müxtəlif bölgələrində 15 minədək etiraz aksiya keçirilib.

Qeyd edək ki, ötən gün Serbiyanın 50-dək bölgəsində isə hökumət tərəfdarları aksiyalar keçirib.

Baxış sayı: 7 666

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə