Altı ayda dövlət qeydiyyatına alınmış qiymətli kağızların məbləği açıqlanıb

Bakı, 15 avqust, ARHD.AZ




Altı ayda dövlət qeydiyyatına alınmış qiymətli kağızların məbləği açıqlanıb


Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 7170 milyon manat dəyərində dövlət istiqrazları, Mərkəzi Bankın 1790 milyon manat dəyərində notları, 598,1 milyon manat dəyərində səhmlər, 455 milyon manat dəyərində korporativ istiqrazları dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 1515 milyon manatlıq dövlət istiqrazları, 803,4 milyon manatlıq korporativ istiqrazları, Mərkəzi Bankın 645 milyon manatlıq notları və 108,6 milyon manatlıq səhmlər yerləşdirilib.

2025-ci ilin yanvar-iyun aylarında nominal dəyəri 1908,1 milyon manatlıq dövlət istiqrazları, 579,3 milyon manatlıq korporativ istiqrazları, 72,7 milyon manat olan səhmlər və Mərkəzi Bankın 3,6 milyon manatlıq notları tədavüldə olub.

Baxış sayı: 7 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə