Sənaye parklarının rezidentləri 520 milyon manatdan çox vəsaitə qənaət ediblər

Bakı, 5 avqust, ARHD.AZ




Sənaye parklarının rezidentləri 520 milyon manatdan çox vəsaitə qənaət ediblər


İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd verilib.

İZİA-dan ARHD.AZ-a bildirilib ki, bu sənədlər əsasında rezidentlər sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 520 milyon manatdan çox, 2025-ci ilin I yarısında isə 14 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

Baxış sayı: 6 560

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə