Tom Barrak: Azərbaycan qazının Suriyaya nəql olunması humanitar yardım və sabitlik istiqamətində təsirli addımdır

Bakı, 1 avqust, ARHD.AZ




Tom Barrak: Azərbaycan qazının Suriyaya nəql olunması humanitar yardım və sabitlik istiqamətində təsirli addımdır


ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Azərbaycan qazının Suriyaya nəql olunmasını humanitar yardım və sabitlik istiqamətində təsirli addım kimi dəyərləndirib.

ARHD.AZ Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, Tom Barak Qətərə qazın nəqli üçün ayırdığı maliyyə yardımına görə təşəkkür edib və bunu dostluğun bariz nümunəsi adlandırıb.

"Suriya üçün həyati əhəmiyyət daşıyan təbii qazın nəqlini maliyyələşdirən Qətərə təşəkkür edirəm. Avqustun 2-dən etibarən Türkiyə üzərindən Suriyaya nəql olunacaq Azərbaycan qazı Suriyada 800 meqavat elektrik enerjisi istehsalına səbəb olacaq. Bu, 5 milyon evin enerji ilə təmin olunması deməkdir” - deyə ABŞ-ın Türkiyə səfiri bildirib.

Qeyd edək ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı başlayacaq, bununla bağlı tədbir olacaq. Bu, Azərbaycan Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə edir.

Baxış sayı: 6 759

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə