Dövlət zəmanətli borcun məbləği bu il üzrə proqnozlaşdırılan ÜDM-in 8,3 faizini təşkil edib

Bakı, 1 avqust, ARHD.AZ




Dövlət zəmanətli borcun məbləği bu il üzrə proqnozlaşdırılan ÜDM-in 8,3 faizini təşkil edib


2025-ci il 1 iyul tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 10 milyard 837,9 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,3 faizini təşkil edib.

ARHD.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət zəmanətinin 9 milyard 123,6 milyon manatı (5 milyard 366,8 milyon dolları) və ya 84,2 faizi xarici kreditlərin, 1 milyard 714,3 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.

1 iyul 2025-ci il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 62,8 faiz, avro – 18,9 faiz, manat – 12,4 faiz, yapon yeni – 4 faiz, digər valyutalar

– 1,9 faiz.

Dövlət zəmanətli borcun 72,7 faizi 5 ilə qədər olan müddətdə, 16,8 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 10,5 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,7 faizini sabit, 41,3 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.

Baxış sayı: 7 572

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə