Bakı, 2 iyul, ARHD.AZ



® “AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib


“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən rayonunun sakinləri ilə növbəti görüşü keçirilib.

QSC-dən ARHD.AZ-a bildirilib ki, görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov və komitə üzvləri iştirak ediblər.

Ənənəvi xarakter daşıyan görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı onların məlumatlandırılması, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir. Görüşdə 2025-ci ilin birinci yarısında “AzerGold” QSC tərəfindən icra edilən, cari ilin ikinci yarısında planlaşdırılan sosial və ekoloji layihələr haqqında məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə səhmdar cəmiyyəti tərəfindən ətraf mühitin mühafizəsi, məşğulluq, kənd təsərrüfatı, şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə hazırlığı, uşaqların fərdi inkişafı, mədəniyyət, mədəni irsin qorunması sahəsində sosial layihələr icra edilib. Bu layihələrin həyata keçirilməsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi xüsusi vurğulanıb. Qarşıdakı dövrdə isə elm, təhsil, səhiyyə, idman, qadınların məşğulluğu, sosial infrastruktur və digər sahələrdə yeni təşəbbüslərin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, yeni təkliflər müzakirə edilib, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

“AzerGold” QSC tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Baxış sayı: 6 536

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə