London, 24 iyun, ARHD.AZ



UK 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiəyə xərcləyəcək


Böyük Britaniyanın Baş naziri Kir Starmer 2035-ci ilə qədər ölkənin müdafiə və milli təhlükəsizlik sahələrinə ÜDM-in 5 faizi həcmində vəsait ayıracağını bəyan edib.

ARHD.AZ “Independent”ə istinadla xəbər verir ki, bu açıqlama NATO-nun Haaqa sammiti ərəfəsində imzalanan yeni razılaşma fonunda verilib.

5 faizlik müdafiə xərci göstəricisi daha əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən tələb edilmişdi. O, Avropa ölkələrinin artıq ABŞ-ın müdafiə xərclərinə arxalanmamalı olduğunu bildirib.

Kir Starmer bildirib ki, 5 faizlik göstərici İkinci Dünya Müharibəsindən bəri Britaniyanın müdafiəyə ayırdığı ən yüksək ÜDM payı olacaq. Lakin Britaniya hökuməti hələlik 5 faizlik hədəfinin necə maliyyələşdiriləcəyinə dair konkret açıqlama verməyib.

Baxış sayı: 1 239

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə