Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb

Bakı, 19 iyun, ARHD.AZ




Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin videokonfrans formatında görüşü olub.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, görüş iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə bağlı 2025-2026-cı illər üçün Tədbirlər Planı çərçivəsində təcrübə mübadiləsi məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlardan bəhs edilib. DOST konsepsiyası, sosial sahədə yaradılan e-xidmətlər, habelə sosial ödənişlərin proaktiv təyinatı mexanizmləri barədə məlumat verilib.

Belarusun əmək və sosial müdafiə nazirinin birinci müavini Tatyana Astreyko ölkəsi ilə Azərbaycan arasında dost münasibətləri əsasında ikitərəfli əlaqələrin inkişafından və sosial sahədə ardıcıl əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüşdə sosial təminat, sosial ödənişlərin təyinatının rəqəmsallaşdırılması ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Baxış sayı: 5 647

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə