Bakı, 3 iyun, ARHD.AZ



SOCAR ilə “MOL Group” arasında Əsas Şərtlər Sazişi imzalanıb


Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.

ARHD.AZ. SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.

İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 faiz, SOCAR-ın isə 35 faiz paya sahib olması nəzərdə tutulur.

Baxış sayı: 4 559

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə