“ACWA Power”: Azərbaycan bizim üçün strateji və əziz partnyordur

Bakı, 3 iyun, ARHD.AZ



“ACWA Power”: Azərbaycan bizim üçün strateji və əziz partnyordur


“ACWA Power” olaraq bizim həyata keçirdiyimiz layihələr dövlətin məqsədlərinə uyğundur. Bütün ölkələrdə portfelimiz kifayət qədər genişdir. Dünyada 100-dən çox aktivimiz var və 14 ölkədə fəaliyyət göstəririk. Onların arasında Azərbaycan strateji və əziz partnyordur.

ARHD.AZ xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova deyib.

“ACWA Power” şirkəti Azərbaycanda kompleks işlər görür. Biz təkcə enerji layihələri deyil, su təchizatı layihələrini də həyata keçirir, suların duzsuzlaşdırılması layihəsi üzərində çalışırıq. Bu ilin yanvarında tenderdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə qalib olduq. Layihə nəticəsində 300 min kubmetrdən çox su emal ediləcək. Bu layihələr göstərir ki, biz ölkədə ehtiyaclara köklənirik”, - deyə P.Lyubomirova qeyd edib.

Baxış sayı: 4 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə