Bakı, 30 may, ARHD.AZ


Mayın 30-da İqtisadi Şuranın növbəti iclası keçirilib

Nazirlər Kabinetindən ARHD.AZ-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və habelə digər prioritet məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. Təqdim olunan iqtisadi siyasət gündəliyinə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Baxış sayı: 7 384

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə