Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

Bakı, 15 may, ARHD.AZ


Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri tərəfindən 1122,3 milyon manatlıq xidmət göstərilib.

ARHD.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, göstərilən xidmətlərin 74,6 faizi əhali sektoruna aid olub. Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Baxış sayı: 3 502

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə