Bakı, 13 may, ARHD.AZ


Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) mayın 13-dən 15-dək Dubayda keçirilən “SATExpo 2025” sərgisində S3-A20 nömrəli stendi ilə iştirak edir.

ARHD.AZ xəbər verir ki, “SATExpo 2025” çərçivəsində “Azərkosmos”un gündəliyinə Afrika regionunda onillik uğurlu fəaliyyətin təqdimatı, “Azconnexus” xidmətləri üzrə ən son yeniliklər və Bakı Teleportunun geniş xidmət spektrinin nümayişi daxildir. Sərgi müddətində müxtəlif yayım şirkətləri və peyk operatorları ilə yeni əməkdaşlıqların qurulması istiqamətində müzakirələrin aparılması da nəzərdə tutulur.

“Azərkosmos”un stendi məşhur memar Zaha Hadidin Heydər Əliyev Mərkəzinin konsepsiyasına istinadən dizayn edilib.

Baxış sayı: 4 515

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə