Bakı, 13 may, ARHD.AZ
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin formalaşdırdığı imic bir mərkəz olduğunu deməyə imkan verir.
ARHD.AZ xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən “Təbiət Naminə Ölkələri Səfərbər Edən Kənd Təsərrüfatı” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın vədlərə əməl edən, etibarlı partnyor, dinamik artan iqtisadiyyatı, siyasi-iqtisadi sabitliyi, eyni zamanda, innovasiyalara və texnoloji proseslərə açıq olması onu mərkəz kimi formalaşdırmağa imkan verir.
“Azərbaycan bütün sahələr üzrə, o cümlədən kənd təsərrüfatı sahəsi üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdən etibarən beynəlxalq müstəvidə tanınan məsələlərlə bağlı yaxından iştirakçı olub və dəstəkləyib. Ölkəmizdə keçirilən COP29 bu istiqamətdə təşəbbüslərin formalaşmasına səbəb olub”, - deyə o əlavə edib.