Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bakı, 29 aprel, ARHD.AZ



Aprelin 30-da Böyük Britaniyanın London şəhərində Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

Energetika Nazirliyindən ARHD.AZ-a verilən məlumata görə, komissiyanın iclasında energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

İclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlıq əlaqələrinə dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomasdır.

Baxış sayı: 4 529

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə