David Aptsiauri: İqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindəndir

Bakı, 21 aprel, ARHD.AZ



İqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindən biri olub və qalmaqda davam edir. Bu məsələ yüksəksəviyyəli bütün görüşlərdə xüsusi yer tutur. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya son səfəri də istisna olmadı.

Bu barədə ARHD.AZ-a müsahibəsində Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru, səfir David Aptsiauri deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə keçirilən görüşlərdə iqtisadi gündəlik əsas mövzulardan biri olub ki, bu da tamamilə məntiqlidir.

“Çünki ikitərəfli əməkdaşlığımızın əhəmiyyəti artıq regional çərçivələri çoxdan aşıb və qlobal rezonans doğurur. Konkret danışsaq, iqtisadi əlaqələrimizin inkişafında müsbət dinamika açıq-aşkar hiss olunur. 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 15 faiz artıb. Biz energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəal əməkdaşlıq edirik. Azərbaycan, həm ticarət dövriyyəsinin həcminə, həm də investisiya fəallığına görə, Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olmağa davam edir. Bu səfər təkcə əldə olunmuş nəticələri təsdiqləməklə kifayətlənmədi, həm də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm istiqamətləri müəyyənləşdirdi”, - deyə professor David Aptsiauri əlavə edib.

Baxış sayı: 4 511

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə