Bu ilin ilk rübündə ARDNF dövlət büdcəsinə 3,6 milyard manat transfert edib

Bakı, 17 aprel, ARHD.AZ




Bu ilin ilk rübündə ARDNF dövlət büdcəsinə 3,6 milyard manat transfert edib


Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 milyon manat olub.

ARHD.AZ xəbər verir ki, bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 999 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qeyd olunan dövrdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilib.

Sözügedən dövrdə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 7 milyon manat təşkil edib.

Baxış sayı: 5 467

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə