Dövlət Neft Fondunun bu il neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə etdiyi gəlirlər 3 milyard manatı ötüb

Bakı, 17 aprel, ARHD.AZ



Dövlət Neft Fondunun bu il neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə etdiyi gəlirlər 3 milyard manatı ötüb


Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.

ARHD.AZ xəbər verir ki, bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

Sözügedən dövr ərzində ARDNF-ə “Azəri-Çıraq-Günəşli” yatağından 2001,6 milyon manat, “Şahdəniz” yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olub.

Baxış sayı: 4 357

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə