2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb

Bakı, 15 aprel, ARHD.AZ




2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb


Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsi nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 yanvar tarixli 49s nömrəli Sərəncamına əsasən hazırlanıb.

Ortamüddətli Büdcə Çərçivəsi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.

Baxış sayı: 4 453

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə