Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
Q Ə R A R
№ 1
Bakı şəhəri 4 mart 2025-ci il
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli
1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının
aparılmasına dair Qaydalar”da dəyişiklik edilməsi barədə
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı
bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr
tarixli 2356 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2023-cü il 2 dekabr tarixli 921s nömrəli Sərəncamının 3-cü hissəsinin
icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr
tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının
aparılmasına dair Qaydalar”da dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün
müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri
tədbirlər görülməsini təmin etsin.
3. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması,
razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci
bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi
və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında,
eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin
etsin.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə
tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Sədr,
İqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
Kollegiyasının 2025-ci il 4 mart tarixli 1 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli
1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının
aparılmasına dair Qaydalar”da dəyişiklik
8.6.5.6-cı yarımbənddə “Meliorasiya və Su Təsərrüfatı ASC-nin” sözləri “Dövlət Su
Ehtiyatları Agentliyinin” sözləri ilə əvəz edilsin.