“AzərEnerji” cari ilin birinci rübünün nəticələrini açıqlayıb

Bakı, 4 aprel, ARHD.AZ



Cari ilin ilk üç ayı ərzində “AzərEnerji” ASC-nin balansında olan istilik və su elektrik stansiyalarında 6 milyard 295 milyon kVts elektrik enerjisi istehsal olunub.

ASC-dən ARHD.AZ-a bildirilib ki, bu ilin 3 ayında istehsal edilən enerjinin həcmi ötən ilin ilk üç ayında istehsal edilən enerjinin həcmi ilə demək olar eyni olsa da, səmərəlilik baxımından irəliləyişlər əldə edilib. Bu isə istilik enerjisinin azaldılması və əvəzində ekoloji cəhətdən təmiz və sərfəli su enerjisinin artması ilə bağlıdır.

Belə ki, ötən ilin üç ayı ərzində su elektrik stansiyalarında 420 milyon kVts enerji istehsal edildiyi halda, 2025-ci ilin ilk üç ayında 645 milyon kVts istehsal olunub. Bununla da 1,5 dəfə istilik enerjisi azaldılaraq su elektrik enerjisi ilə əvəzlənib. Sözsüz ki, su elektrik stansiyalarınının payına düşən istehsalın artması Qarabağ və Şərqi Zəngəzurda ardıcıllıqla tikilərək istismara verilən kiçik su elektrik stansiyaları ilə bağlıdır.

Bundan əlavə, ötən ilin müvafiq dövrü ilə müqayisədə “AzərEnerji” tərəfindən 1 kVts elektrik enerjisi istehsalı üçün şərti yanacağın xüsusi sərfiyyatı 6,2 qram azaldılıb və bununla da 78,5 milyon kubmetr təbii qaza, o cümlədən maliyyə vəsaitinə qənaət edilib.

Baxış sayı: 4 444

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə