Ticarət naziri: İxracat Türkiyə iqtisadiyyatının lokomotivi olaraq qalır

Ankara, 29 mart, ARHD.AZ


Cümə günü, martın 28-nə olan məlumata görə, Türkiyə məhsullarının gündəlik ixrac həcmi 2 milyard 65 milyon dollar təşkil edib ki, bu da Cümhuriyyətin bütün tarixində ikinci rekord göstəricidir.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat sosial şəbəkələrdə yazıb.

Ticarət naziri vurğulayıb ki, ölkədə mal və xidmətlərin ixracında artım tendensiyası davam edir. O əlavə edib: “Beynəlxalq münasibətlərdə artan proteksionizm tendensiyası fonunda mal və xidmətlərin ixracı Türkiyə iqtisadiyyatının və böyüməsinin hərəkətverici qüvvəsi olaraq qalır”.

Bolat xatırladıb ki, son 22 ildə Türkiyə ixracatının həcmi 7,5 dəfə artaraq 377 milyard dollara çatıb. “İxracın artması istehsala və məşğulluğa təkan verir, ölkəyə valyuta axını isə xarici ticarətə müsbət təsir edir”, – deyən türkiyəli nazir ixracatçı şirkətləri uğurları münasibətilə təbrik edib.

Baxış sayı: 4 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə