Norveçin “Equinor” neft-qaz şirkətinin Azərbaycanda 2024-cü ildə orta gündəlik hasilatı 23 min barel neft ekvivalenti təşkil edib ki, bu da 2023-cü ilin göstərəcisi (26 min barel) ilə müqayisədə 11,54 % azdır.

ARHD.AZ-a şirkətin hesabatına istinadən verdiyi məlumata görə, göstəricilər “Equinor”un Azərbaycandakı neft-qaz aktivlərinin satışı üzrə sövdələşmə başa çatanadək hasilatı nəzərə alır.

Ümumilikdə, 2024-cü ildə bütün əməliyyat ölkələrində “Equinor”un orta gündəlik hasilatı illik müqayisədə 0,72 % azalaraq 2,067 milyon barel neft və qaz təşkil edib. Şirkətin ümumi istehsalında Azərbaycanın payı 1,11 % təşkil edib.

Xatırladaq ki, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 % qeyri-operator payını və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən “BTC Co” şirkətindəki 8,71 %-lik payını satmaqla bağlı müqavilə imzalayıb. Norveç şirkəti həmçinin SOCAR-a “Qarabağ” yatağı layihəsində 50 % pay satıb, saziş 2024-cü ilin aprelində tamamlanıb.

“Equinor” Azərbaycandakı aktivlərinin satışından ümumilikdə 713 milyon ABŞ dolları əldə edib.

Baxış sayı: 3 677

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə