20 mart 2025   ARHD.AZ

Robert Fitso: "Slovakiya Azərbaycandan svop qaz tədarükünü müzakirə edir"


Slovakiya Ukraynada sülh danışıqlarının Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitini bərpa etməyə imkan verəcəyinə ümid edir, lakin qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır.

“ARHD.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

“Danışıqlar aparırıq, ilk növbədə Azərbaycanla. Çünki svop qaz tədarükünü təşkil etməyə çalışırıq. Bu, bir çox texniki çətinliklərlə müşayiət olunur, ona görə də ümid edirəm ki, sülh danışıqları Ukrayna ərazisindən standart qaz tranzitinə yol açacaq”, - R.Fitso Avropa İttifaqının sammitində iştirak etmək üçün Brüsselə uçmazdan əvvəl parlamentin Avropa məsələləri üzrə komitəsinin iclasında deyib.

Xatırladaq ki, daha əvvəl o, Ukraynadan qaz tranziti olmadan Avropanın rəqabətədavamlı qala bilməyəcəyini, ona görə də Slovakiyanın onun bərpası üçün axtarışları davam etdirəcəyini vurğulamışdı.


Baxış sayı: 7 568

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə