“AzərEnerji” bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı, 19 mart, ARHD.AZ


Bayram günləri ilə əlaqədar olaraq “AzərEnerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.

ASC-dən ARHD.AZ-a bildirilib ki, bunun üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil olunub, eyni zamanda, elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib.

Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işi, o cümlədən, mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

Baxış sayı: 3 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə