Avropa Komissiyası alüminium idxalı ilə bağlı araşdırmaya başlayıb

Bakı, 18 mart, ARHD.AZ



Avropa Komissiyası alüminium idxalı ilə bağlı araşdırmaya başlayıb


Avropa Komissiyası alüminium idxalının qəfil artması ilə bağlı araşdırmaya başlayacaq.

ARHD.AZ xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, istintaq Avropa İttifaqının bütün ticarət tərəfdaşlarına təsir edəcək.

Sənəddə, həmçinin deyilir ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın alüminium idxalına elan etdiyi 25 faizlik rüsum yüksək enerji qiymətləri, zəif tələbat və ucuz idxaldan əziyyət çəkən sektorun vəziyyətini daha da çətinləşdirəcək. Bundan əlavə, Avropa İttifaqının alüminium istehsalçıları son on ildə əhəmiyyətli bazar payını itiriblər.

Avropa İttifaqı, həmçinin polad idxalı tarifindəki boşluqları da düzəltmək qərarına gəlib. 2018-ci ildə müəyyən edilən kvotadan artıq polad idxalına tətbiq olunan 25 faizlik rüsumun müddəti 2026-cı ilin iyununda başa çatır, lakin Brüssel bundan sonra da polad sənayesini lazımi şəkildə dəstəkləməyə vəd verib.

Baxış sayı: 6 577

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə