Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Bakı, 17 mart, ARHD.AZ



Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək


Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti səyyar görüş aprelin 2-də, Balakən rayonunda keçiriləcək.

AMB-dən ARHD.AZ-a bildirilib ki, görüş Balakən, Şəki, Qax, Zaqatala, Qəbələ, Oğuz inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Baxış sayı: 3 455

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə