Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Bakı, 17 mart, ARHD.AZ



Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib


Avropa İttifaqı Şurası Ukrayna fondu çərçivəsində Kiyevə təqribən 3,5 milyard avro dəyərində üçüncü yardım ödənişini təsdiqləyib.

ARHD.AZ xəbər verir ki, Kiyev üçüncü ödənişlə bir il əvvəl qurulan Ukrayna fondundan 20 milyard avro almış olacaq.

“Avropa İttifaqı Şurası belə qənaətə gəlib ki, Kiyev Ukrayna fondundan üçüncü ödənişi alması üçün planda nəzərdə tutulan lazımi şərtləri yerinə yetirib”, - deyə kommünikedə bildirilir.

Qurumun məlumatına görə, Ukrayna nəzərdə tutulan islahatların həyata keçirilməsində irəliləyiş əldə edib. Bunlara əsasən bərpaolunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində islahatlar, enerji tənzimləyicisinin müstəqilliyinin genişləndirilməsi, Avropa İttifaqı standartlarına uyğun sərhəd keçidi prosedurlarının sadələşdirilməsi, minalardan təmizlənmə işləri də daxil olmaqla kənd təsərrüfatı və kənd rayonlarının inkişafı strategiyasının qəbulu, strateji və kritik xammalların siyahısının tərtibi üzrə işlərin davam etdirilməsi aiddir.

Qeyd edək ki, 2024-cü il martın 1-dən fəaliyyətə başlayan fond 2027-ci ilədək Ukraynanı dəstəkləmək üçün qrantlar və kreditlər şəklində 50 milyard avroya qədər maliyyələşməni ehtiva edir. Həmin məbləğin 32 milyard avrosu planauyğun şəkildə Ukraynada islahatlara və investisiyalara dəstək üçün nəzərdə tutulur. Ödənişlər Kiyevin əvvəlcədən müəyyən edilən bir sıra şərtləri yerinə yetirməsi ilə həyata keçirilir. Fondun əsas məqsədi Ukraynada makromaliyyə sabitliyinə, eləcə də onun bərpasına, yenidən qurulmasına və modernləşdirilməsinə dəstək göstərilməsidir.

Baxış sayı: 4 532

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə